Sabah hava necə olacaq? - PROQNOZ
Azərbaycanda yanvarın 25-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə zəif duman, az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-4, gündüz 5-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Oxşar xəbərlər
Kanalizasiya kollektorunun üzərində tikilən təhlükəli evlər
Xətai rayonu, Əhmədli kəndi, Şahin Səmədov küçəsində təxminən 20 il əvvəl fərdi yaşayış evləri kanalizasiya xətləri üzərində tikilib. Amma deyilənə görə, vətənd...