Sabah Bakıda bu ərazilərdə qaz olmayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah paytaxtın bir sıra ərazilərində təbii qazın verilişində fasilə yaranacaq.
BAKU.WS xəbər verir ki bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 17 iyul 2026-cı il tarixində saat 10:00-dan etibarən işlər başa çatanadək bir sıra ərazilərdə qaz təchizatı dayandırılacaq.
Məhdudiyyətlər Binəqədi rayonunun 6-cı, 7-ci, 8-ci və 9-cu mikrorayonlarını, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsini, Xutor qəsəbəsini və Vorovski yaşayış massivini, həmçinin Sabunçu rayonunun Səməd Vurğun və Azərbaycan Qadını küçələrini əhatə edəcək.
Oxşar xəbərlər
Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi
Ev təsərrüfatlarının uçotu zamanı şəxslərin fərdi identifikasiya nömrəsi, vətəndaşlığı, yaşayış yeri üzrə qeydiyyatı və kirayə münasibətləri barədə məlumatlar d...