Sabah Cəlilabadın bir sıra yaşayış yerlərində QAZ OLMAYACAQ
15
may
2024
17:08
Sabah Cəlilabad rayonun bir neçə yaşayış massivində qaz təchizatı dayandırılacaq.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı məlumat Cəlilabad Rayon İcra Hakimiyyətinin rəsmi səhifəsində paylaşılıb.
Belə ki, 16 may 2024-cü il tarixində saat 10:00 radələrindən görüləcək işlər başa çatanadək Maşlıq, Muğan və Söyüdlü yaşayış məntəqələri üzrə 1800 abonentin mavi yanacaqla təchizatında fasilə yaranacaq.
Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.
Oxşar xəbərlər
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq. Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, “Nardaran QPS” ölçü qovşağından qidalanan “...