Cəlilabadın 22 yaşayış massivində təbii qazın verilişində fasilə olacaq

Cəlilabadın 22 yaşayış massivində təbii qazın verilişində fasilə olacaq
Sosial 62

Cəlilabad rayonunun 22 yaşayış massivində təbii qazın verilişində fasilə yaranacaq.

Bu barədə Report-un yerli bürosuna rayon icra hakimiyyətindən məlumat verilib.

Belə ki, sabah saat 09:30 radələrindən görüləcək işlər başa çatanadək, “Günəşli” ölçü qovşağından qidalanan yeraltı orta təzyiqli kəmərlərinin kipliyə sınaq edilməsi ilə əlaqədar 22 yaşayış məntəqəsinin (10740 abonent) mavi yanacaqla təchizatında fasilə yaranacaq.

Abonentlərdən diqqətli olmaları xahiş olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər