Sabah bu rayonlarda qaz olmayacaq

Sabah bu rayonlarda qaz olmayacaq
Sosial 1853
 

Abşeron və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

BAKU.WS SOCAR-ın saytına istinadən məlumat verir ki, iyunun 22-də saat 10:00-dan 13:00-a qədər "Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Zığ”, saat 10:00-dan 18:00-dək isə Qazax magistral qaz kəmərləri sahəsinin "Ağstafa” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işlərinin Bakı şəhəri Xətai və Suraxanı rayonlarının, həmçinin Ağstafa şəhərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

BAKU.WS

Oxşar xəbərlər

Sabah bu rayonlarda qaz olmayacaq - SIYAHI

Sabah bu rayonlarda qaz olmayacaq - SIYAHI

Sabah Abşeron və Ağdaş magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq. BAKU.WS SOCAR-ın saytına istinadən məlumat verir ki, iyunun 8-də saat...

1992 Sosial 18:15 07 iyun 2016

Son xəbərlər