Sabah Biləsuvar və Yardımlının bəzi ərazilərində işıq olmayacaq
Aprelin 10-da Biləsuvar və Yardımlının bəzi ərazilərinin elektrik enerjisi verlişində fasilə yaranacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Biləsuvar və Yardımlı Elektrik Şəbəkələrinin (EŞ) ərazilərində 10 kV-luq hava xətlərində təmir işləri həyata keçiriləcək.
Bununla əlaqədar olaraq saat 10:30-dan 14:00-dək Biləsuvarın Xırmandalı, saat 14:00-dan 16:00-dək Yardımlının Dəlləkli, Gavran, Ostayır kəndlərində və şəhər ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Oxşar xəbərlər
Bakıda TƏHLÜKƏ: 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
Bakı şəhəri Xətai rayonu UPD qəsəbəsi, Araz Novruzov küçəsi, 36 ünvanında yaşayan sakinlər ciddi təhlükə ilə üz-üzədirlər. BAKU.WS Musavat.com-a istinadən bildi...