Sabah bəzi rayonlara qar yağacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Martın 6-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin gecə bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.
Oxşar xəbərlər
Yanvar ayına olan hava proqnozu - Bakıya qar yağacaqmı?
2023-cü il yanvar ayına olan hava proqnozu açqılanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata...