Sabah Bakıya yağış yağacaq
Martın 7-də gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.
Azərbaycanın qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
Oxşar xəbərlər
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Azərbaycanın avtomobil yollarında mayın 1-də müşahidə ediləcək vəziyyət açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat ya...