Sabah Bakının daha bir ərazisində su kəsiləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 6-da Bakının Bakıxanov qəsəbəsinin bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, buna səbəb Bakıxanovda su xəttində aparılacaq təmir işləridir.
Məlumata görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məmmədhəsən Hacınski küçəsi 3 ünvanında yerləşən qazanxananın giriş xəttinin üzərində quraşdırılmış siyirtmənin dəyişdirilməsi ilə əlaqədar sentyabrın 6-da saat 10:00-dan 16:00-a qədər Bakıxanov qəsəbəsinin bir hissəsində içməli suyun verilməsində fasilə yaranacaq.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər
"Cənnətin ariyası" adlı layihə çərçivəsində 2 saylı uşaq evinin və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin sakinlərinin birgə iştirakı ilə kons...