Sabah Bakının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

09
okt
2023
23:53
Sabah saat 09:30-dan “Xırdalan” QPS-də yeni quraşdırılmış kollektorun birləşməsi işləri, “Hövsan” QTM-də baypas xəttin quraşdırılması ilə əlaqədar “BMSK” ölçü qovşağından və “Bahar” QPM-dən qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri aparılan müddətdə Binəqədi rayonunun Vulkan, 1 May yaşayış massivlərinin, Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsinin və Suraxanı rayonunun Hövsan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxşar xəbərlər
DİQQƏT: Bakının iki rayonunun qaz təchizatında fasilələr yaranacaq
SOCAR-ın “Qaz İxrac” İdarəsinin sifarişi əsasında “Daşgil-8” ölçü qovşağının çıxış xəttində aparılacaq təmir işləri ilə bağlı sentyabrın 22-də saat 10:00-dan 14...
