Sabah Bakıda 32 dərəcə isti olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, şərq küləyi əsəcək, günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 28-33, Bakıda gecə 17-19, gündüz 30-32 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunundan 753 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.
Mayın 29-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.
BAKU.WS
Oxşar xəbərlər
Bayramın hava proqnozu
Bayram günlərində Azərbaycanda hava yağıntılı keçəcək, bəzi yerlərdə isə qar yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata gör...