Sabah Azərbaycanın iki rayonunda qaz təchizatı dayandırılacaq

Sabah Azərbaycanın iki rayonunda qaz təchizatı dayandırılacaq
Sosial 2

Sabah Bakının Xəzər rayonunun bəzi yaşayış massivlərində, həmçinin Göyçay rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, avqustun 24-də saat 09:00-dan “Pirallahı-Qala” qaz ölçü qovşağından qidalanan qaz kəmərində və saat 10:00-dan “Qaz İxrac” İdarəsi tərəfindən "Göyçay 2" ölçü qovşağından qidalanan qaz kəmərində aparılacaq təmir işləri ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

Təmir işləri görülən müddətdə Xəzər rayonunun Dübəndi Südçülük və Zirə Südçülük sovxozlarının, Qala kəndinin, Xaşa-Xuna, Laçın və Kəlbəcər sakinlərinin məskunlaşdığı yaşayış massivlərinin, həmçinin Göyçay rayon mərkəzinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Oxşar xəbərlər

Tərtər, Qax və Yevlaxda qaz təchizatı müvəqqəti dayandırılacaq

Tərtər, Qax və Yevlaxda qaz təchizatı müvəqqəti dayandırılacaq

Tərtər və Qax rayonlarının, həmçinin Yevlax şəhərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)...

1 Sosial 19:59 21 avqust 2023

Son xəbərlər