Sabah 32 dərəcə isti olacaq
İstirahət günü ölkə ərazisində buludlu hava şəraiti müşahidə ediləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam buludluluğun artacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Gündüz mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 11-16, gündüz 23-28, Bakıda gecə 13-15, gündüz 24-26 dərəcə isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti olacaq.
BAKU.WS
Oxşar xəbərlər
Sabahın hava proqnozu
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sər...