Sabah 31 dərəcəyədək isti olacaq
Azərbaycanda sentybarın 2-də 31 dərəcə isti gözlənilir.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-20° isti, gündüz 25-28° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-21° isti, gündüz 26-31° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22° isti olacaq.
Oxşar xəbərlər
Məşhur turizm şirkətinin rəhbəri Polşada həbs edildi
Azərbaycanın ən böyük turizm şirkətlərindən birinin rəhbəri Rövşən Abdullayev Polşada həbs edilib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, şirkət rəhbə...