Sabah 10° şaxta olacaq - Hava proqnozu
Yeniliklərdən dərhal xəbərdar olun
Dekabrın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
Oxşar xəbərlər
Həftəsonu Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti
28-30 apreldə Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb. BAKU.WS həftə sonunun hava proqnozunu təqdim edir: Aprelin 28-də Saat 15:00-18:...