Sabah 10 kənddə qaz kəsiləcək
11
iyn
2026
17:59
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah Biləsuvar rayonunun 10 yaşayış məntəqəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, buna səbəb yeraltı polietilen qaz xəttinin kipliyə sınaq işlərinin aparılmasıdır.
Bununla əlaqədar Biləsuvar qazpaylayıcı stansiyasından qidalanan Çinarlı, Bağbanlar, Çaylı, İsmətli, Günəşli, Ağayrı, Nəsimikənd, Nərimankənd, Səmədabad və Arazbəri kəndlərində ümumilikdə 5300 abonentə təbii qazın verilişi iyunun 12-si saat 10:00-dan etibarən işlər başa çatanadək dayandırılacaq.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...