Saatlıq əməkhaqqı: nə qazanacağıq...

Cari ilin 1 iyun tarixinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən saatlıq minimum əməkhaqqının tətbiqi ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi planlaşdırılır.
Saatlıq minimum əməkhaqqı ilə bağlı təkliflər hazırda aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir.
BAKU.WS modern.az-a istinadən xəbər verir ki, əməkhaqqı hesablanması üzrə mütəxəssis Sahil Sabirzadə bildirib ki, saatlıq əməkhaqqı sistemi 19-cu əsrin əvvəllərində ABŞ və İngiltərədə bir sıra fabriklərdə tətbiq olunmağa başlayıb. 1970-ci illərə qədər bu sistem daha populyar olub. Daha sonra müasir insan resurslarının idarə edilməsində yeni əmək haqqı sistemləri tətbiq edilməyə başlanıb.
Onun sözlərinə görə, bu sistemin tətbiqi Əmək Məcəlləsinə müəyyən qədər elastiklik verir:
"Bu Əmək Məcəlləsinin biznes üçün daha istifadə olunan vəziyyətə gətirilməsidir. Hətta maraqlı Gürcüstanda bu elastikliyə getdikdən sonra əmək bazarında 30% canlanma olub. Bu sistemin tətbiqi işçi və sahibkar üçün yaxşıdır. Restoran sahəsində işçilərin qrafikini tənzimləmək çətindir. Şadlıq saraylarında müəyyən müddət toy olur, sonra olur, yaxud olmur. Bu sahədə bizim mövcud əməkhaqqı sistemimizlə, yaxud Əmək Məcəlləsi ilə həmin sahənin işçilərini tənzimləmək çətindir. Bu səbəbdən işəgötürənlər gedib işçilərlə əmək müqaviləsi yox, xidməti müqavilə bağlayırlar. Əmək müqaviləsi işçilər üçün daha xeyirlidir. Əmək müqaviləsi bağlanarkən işçinin müəyyən haqqları olur. Ancaq xidməti müqavilədə isə bu mümkün deyil. Amma bu sistem tətbiq olunandan sonra bizim iaşə, obyekt sektorunda faəliyyət göstərən sahibkarlarımız da işçilərlə əmək müqaviləsi bağlaya biləcək ki, bu da işçilərin də xeyrinə sayılır".

Oxşar xəbərlər
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə mayın 9-dan 11-dək əlavə qatar re...