Saat 10:00-dan etibarən bu rayonlarda işıq olmayacaq
Bu gün Masallı və Bakının Suraxanı rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, Masallı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35/10 kV-luq "Eminli" yarımstansiyasından çıxan 10 kV-luq 1 saylı hava xəttində təmiri işi aparılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Hacıtəpə, Həsənli, Məmmədxanlı, Şəhriyar, Təkdam kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində də təmir işləri həyata keçiriləcək.
Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Əmircan qəsəbəsi Vladimir Balandin, Tofiq Bayram, V. Axundlu, Nizami Gəncəvi, M. Əzizbəyov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Oxşar xəbərlər
Nazirlik qarla bağlı əhaliyə XƏBƏRDARLIQ ETDİ
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində yaxın günlər ərzində qeyri-sabit və yağıntılı hava şəraitinin müşahidə olunacağı, əsasən da...