Rusiyanın Baş naziri COP29-da Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib

Rusiya hökumətinin sədri Mixail Mişustin Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirak edəcək Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə hökumətin rəsmi hüquqi məlumat portalında dərc edilmiş sərəncamda qeyd olunub.
Belə ki, nümayəndə heyətinin rəhbəri Rusiya Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev təyin edilib.
Nümayəndə heyətinin rəhbər müavini Federal Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Xidmətinin başçısı İqor Şumakov təyin edilib.
Xatırladaq ki, daha əvvəl Rusiya Prezident Vladimir Putin Bakıda keçiriləcək COP29 iqlim konfransında Rusiya nümayəndə heyətinə Baş nazir Mişustinin rəhbərlik edəcəyini bildirmişdi.
Oxşar xəbərlər
Bakıda min nəfər şagirdi olan məktəbin işığı yanmır, suyu da gəlmir
Su kəsilib, məktəbin sanitar qovşaqları daşınma su ilə təmizlənir. Dərsləri elektron lövhələrlə keçmək mümkün deyil. Çünki, minə yaxın şagirdi olan bu təhsil oc...
