Rusiyadan gətirilən bu qida məhsulları YARARSIZ ÇIXDI
Yeniliklərdən dərhal xəbərdar olun
Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Agentlikdən BAKU.WS-ə verilən məlumata görə, həmin tədbirlər çərçivəsində "Lime and Co" MMC tərəfindən Rusiya Federasiyasından idxal olunan "PenzaMolinvest" MMC-nin istehsalı olan 1039,5 kiloqram dondurulmuş hind quşu budu məhsulundan götürülmüş nümunələrin müayinələri nəticəsində salmonella aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb. Həmçinin istehsalçının respublikamıza həmin məhsulu idxalına müvəqqəti qadağa qoyulub və ixracatçı ölkənin aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib.
Oxşar xəbərlər
Belarusdan Azərbaycana idxal edilən toyuq məhsullarının yararsız olduğu aşkarlanıb
Belarusdan Azərbaycana idxal edilən toyuq məhsullarının istehlaka yararsız olduğu aşkarlanıb. Bu barədə BAKU.WS-ə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Ag...