Rusiyadan gətirilən 1 tondan artıq dondurulmuş hind quşu əti yararsız çıxıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyadan Azərbaycana gətirilən dondurulmuş hind quşu əti istehlaka yararsız çıxıb.
Bu barədə BAKU.WS-ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
“Lime and Co” MMC-nin Rusiyadan idxal etdiyi “PenzaMolinvest” MMC-nin istehsalı olan 1039.5 kq dondurulmuş hind quşu budu məhsulunda götürülən nümunələrin müayinələri nəticəsində salmonella aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb. Həmçinin istehsalçının respublikamıza həmin məhsulu idxalına müvəqqəti qadağa qoyulub və ixracatçı ölkənin aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib.
Qalereya
Oxşar xəbərlər
İrandan Azərbaycana idxal edilən bibərdə uyğunsuzluqlar aşkarlanıb
İrandan Azərbaycana idxal edilən bibər məhsullarında uyğunsuzluqlar aşkarlanıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verilib. Aparı...