Rusiyada yaşayan azərbaycanlılara şad xəbər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
İpoteka krediti ilə ev alarkən mütləq ailəli olmalısan. Belə bir şərt var. Milli Məclisdə ailə qurmağa hazırlaşanların da bu imkandan yararlanması təklif edilib. Ali qanunverici orqanda Rusiyadaki soydaşlarımız üçün də şad xəbər verilib.
Güzəştli ipoteka şərtlərinin sadələşdirilməsi təklif edilir. Millət vəkili Elşad Mirbəşiroğlu Milli Məclisdə bununla bağlı çıxış edib. ilkin ödənişlər və faiz dərəcələrinin endirilməli olduğunu deyib. Subayların ipoteka ilə ev ala bilməmələrinə diqqət çəkib.
Rusiyada işləyən və pensiya yaşına çatan şəxslərə də şad xəbər var. Onlar pensiyaya çıxarkən həm Rusiyadakı, həm də Azərbaycandakı iş stajları nəzərə alınacaq.
Milli Məclisdə müzakirə edilən layihələrindən biri də sığorta sektorunun tam elektronlaşdırılması ilə bağlıdır. Layihədə avtomobillər kimi daşınmaz əmlakın icbari sığortasının da tam elektron formada aparılması nəzərdə tutulur.
Qeyd edək ki, Milli Məclisin bugünkü iclasının gündəliyinə ümumilikdə 15 məsələ daxil edilib.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...