Rusiyada təklənən Fuad Abbasov işdən çıxarılmasının əsl səbəbini açıqladı (FOTO)
Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK),Gənc Reportyorlar Birliyi" və Jurnalistika fakültəsinin təşkilatçılığı ilə son zamanlar Rusiyadakı çıxışları ilə yadda qalan jurnalist Fuad Abbasovla görüş keçirilib.
BAKU.WS məlumat verir ki, son günlər Rusiya televiziya kanallarında Azərbaycanın Dağlıq Qarabağ münaqişəsindəki mövqeyini müdafiə edən və müxtəlif təzyiqlərə məruz qalan Fuad Abbasov gənc jurnalistlərlə öz təcrübəsini paylaşıb.
O, bir çox qaranlıq məqamlara və eyni zamanda bir müddət öncə Türkiyədəki işindən çıxarılması ilə bağlı məsələlərə aydınlıq gətirib. Jurnalist bildirib ki, işdən çıxarılmasının başlıca səbəbi Rusiyanın televiziya kanallarında Azərbaycan tərəfinin mövqeyini müdafiə etməsi olub. Fuad Abbasov çıxışlarından sonra bir neçə dəfə xəbərdarlıq alsa da o Azərbaycanın mövqeyini müdafiə etməyə davam edib:
"Sözügedən verilişlərə məni Türkiyə tərəfi kimi dəvət etsələr də, orada Azərbaycan əleyhinə səsləndirilən fikirlərə laqeyd yanaşa bilmədim. Türkiyənin xəbər agentliyində işləsəm də, mən azərbaycanlıyam və buna görə də onun mövqeyini müdafiə etməyi özümə mənəvi borc bildim. 1994-cü ildə mərhum Heydər Əliyev xaricdə təhsil alan tələbələrlə görüşmüşdü. Həmin görüşdə mən də var idim. Heydər Əliyev o zaman bizə belə bir söz demişdi "Siz hər biriniz ayrıca Azərbaycansınız". Düzdür o vaxtları mənim hələ 18 yaşım vardı, o sözün mənasını, yükünü baş düşmürdüm. İndi artıq başa düşürəm. Ona görə də hesab edirəm ki, düzgün addım atmışam və peşman deyiləm. Yenidən o verilişlərə çıxmaq şansım olsa yenə Azərbaycanın mövqeyini müdafiə edərəm".
F. Abbasov işdən çıxarılması ilə əlaqədar Türkiyəni günahlandırmağı düzgün hesab etmədiyini deyib:
"İşdən çıxarılandan sonra çox sayda insandan dəstək gördüm. Həm Türkiyə tərəfindən, həm də Azərbaycan. Azərbaycanlı soydaşlarım bu məsələ ilə bağlı bəzi fikirlər səsləndirlər, Türkiyəni günahlandırırlar. Onlardan xahişim budur ki, bu məsələdə Türkiyəni günahlandırmasınlar. Mənim işdən çıxarılmağım Türkiyənin rəsmi qərarı deyil. Bu "İhlas" xəbər agentliyinin rəhbərliyinin qərarıdır. Rəhbərlikdə təmsil olunan əsas şəxs isə Amerika vətəndaşıdır. Bununla bağlı Facebook hesabında məlumat paylaşmışam. Ona görə Türkiyəni günahlandırmağı düzgün hesab etmirəm".
Fuad Abbasov gələcək planları barədə məlumat verib və nitqində qeyd edib ki, bu gün etdikləri əslində sabah "Mən Vətənim üçün nə etdim?"sualına tutarlı cavab verə bilməsi üçündür.
Ayşən Ayxan
BAKU.WS
Oxşar xəbərlər
TƏCİLİ! Qarabağda yenidən döyüşlər başladı
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yenidən fəal döyüş əməliyyatları başiayıb. Virtualaz.org-a bu barədə Tərtər, Ağdam və Goranboy rayonların...