Rusiya istiqamətində reyslərə yalnız mobil tətbiqi yükləyənlər buraxılacaq

Rusiya istiqamətində reyslərə yalnız mobil tətbiqi yükləyənlər buraxılacaq
Sosial 212

"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2021-ci il sentyabrın 1-dən Rusiya istiqamətində səyahət planlaşdıran sərnişinlərə müraciət edib.

BAKU.WS xəbər verir ki, bu barədə məlumatı AZAL yayıb.

Bildirilir ki, Azərbaycan vətəndaşlarına Rusiyaya giriş qaydalarında edilən dəyişikliklərlə əlaqədar olaraq nəzərə almaq lazımdır ki, sentyabrın 1-dən etibarən yalnız "Путешествую без COVID-19" mobil tətbiqini yükləyən sərnişinlər reysə buraxılacaq.

"Bundan əlavə, yalnız əvvəlcədən təsdiq edilmiş klinikalarda və ya laboratoriyalarda koronavirus infeksiyasına dair PCR-testdən keçmək lazımdır.

Test məlumatları qeydiyyat masasında, eləcə də Rusiyaya gəliş zamanı sərhəd məntəqələrində göstərəcəyiniz mobil tətbiqdə QR kodu şəklində saxlanılacaq.

Klinikaların tam siyahısı təsdiqləndikdən sonra yaxın vaxtlarda aviaşirkətin saytında, eləcə də sosial şəbəkələrimizdə yayımlanacaq", - məlumatda deyilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər