Rusiya ilə İran birgə peyvənd istehsal edəcək
10
fev
2021
20:23
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya və İran koronavirusa qarşı “Sputnik V” peyvəndinin birgə istehsalı barədə müqavilə imzalayıblar.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib.
“Peyvəndin birgə istehsalı barədə danışıqlar başa çatıb. Yaxın vaxtlarda İranda birgə peyvəndin istehsalının şahidi olacağıq”, - deyə iranlı diplomat vurğulayıb.
Qeyd edək ki, dünəndən İranda Rusiyanın “Sputnik V”-dən istifadə edilməklə əhalinin peyvəndlənməsinə başlanılıb.
Oxşar xəbərlər
İranın hazırladığı peyvəndin insan üzərində testinin ikinci mərhələsi başlayıb
"İranın koronavirusa qarşı hazırladığı peyvəndin insan üzərində testinin ikinci mərhələsi üçün lisenziya dünən gecə verilib və bu mərhələ bu gündən başlayacaq."...