Rusiya Azərbaycanla hava əlaqələrini bərpa edir
03
fev
2021
15:25
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycanla hava əlaqəsinin bərpasına dair sənəd imzalayıb.
BAKU.WS “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabineti məlumat yayıb.
"15 fevral 2021-ci il tarixindən etibarən qarşılıqlı olaraq Azərbaycan (Moskva-Bakı, həftədə iki uçuş) ilə beynəlxalq uçuşların bərpa edilməsinə qərar verildi", - deyə məlumatda qeyd olunur.
Yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün operativ qərargahın təklifi ilə belə bir qərarın verildiyi qeyd olunur.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva modul tipli ilk xəstəxananın açılışında iştirak ediblər
Mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı olub. BAKU.WS azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Ə...