Röya Mirşahinə təşəkkür etdi - FOTO
24
sen
2019
10:11
REAL TV-nin rəhbəri Mirşahin Ağayev müəllifi olduğu proqramda hazırda həbsdə olan müğənni Fədayə Laçının azad olunması üçün müraciət edib.BAKU.WS xəbər verir ki, əməkdar artist Röya Ayxan "İnstagram" səhifəsində tanınmış telejurnalistin bu müraciətini alqışlayıb. “Əhsən Mirşahin. Təşəkkürlər. Hamımız bir səs olaq, sədaqət payından ona da bəxş edək”,-deyə müğənni qeyd edib. Sənətçi həmçinin “fedayeniazadedek” adlı dəstək həştəqi də açıb. Qeyd edək ki, müğənni Fədayə Laçın 2017-ci ilin oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 5 il azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Fədayə Laçının məhkəməsindən XƏBƏR VAR
Bakı Apellyasiya Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına köməklik etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsind...