Fədayə Laçın məhkəmədə mahnı oxudu

Fədayə Laçın məhkəmədə mahnı oxudu
Hadisə 1564
Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.BAKU.WS oxu.az-a istinadən verdiyi xəbərə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən proses başlamazdan əvvəl F. Laçın dəmir barmaqlıqlar arasında mahnı ifa edib. O, şair Zeynal Xəlilin müəllifi olduğu “Kimlər gəldi, kimlər getdi bu dünyadan” mahnısını ifa edib. Sonra hakim zala daxil olub və proses başlayıb.Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.BAKU.WS

Oxşar xəbərlər

"Qoca"nın qaçırılmasında günahlandırılan Fədayə Laçına PİS XƏBƏR

"Qoca"nın qaçırılmasında günahlandırılan Fədayə Laçına PİS XƏBƏR

Bakıda 2 məhbusun qaçmasında təqsirləndirilərək həbs edilən müğənni Fədayə Laçının həbs müddəti yenidən uzadılıb.BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə a...

10693 Hadisə 15:18 17 may 2018

Son xəbərlər