Rövşən Nəcəf: “Xoşbəxt Yusifzadənin vətəni üçün gördüyü işlər əvəzsizdir”
“Xoşbəxt Yusifzadənin vətəni üçün gördüyü işlər əvəzsizdir”.
Bu sözləri SOCAR-ın birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Yusifzadə ilə vida mərasimində SOCAR-ın prezidenti Rövşən Nəcəf çıxışı zamanı deyib.
R.Nəcəf bildirib ki, o, hamımızın müəllimi idi: “Xoşbəxt Yusifzadənin təkcə Azərbaycanda yox, keçmiş SSRİ-də istənilən geoloji tapıntının altında imzası var. O, dərin savada malik insan idi. Onun üçün cavabı olmayan sual yox idi. Azərbaycanın bugünkü iqtisadi dirçəlişinin əsasında duran ulu öndərin neft strategiyasının formalaşmasında Xoşbəxt Yusifzadənin də rolu var idi. Onun vətəni üçün gördüyü işlər əvəzsizdir. Hamımızın başı sağ olsun”.//oxu.az
Oxşar xəbərlər
İsa Həbibbəyli: “Xoşbəxt Yusifzadə əvəzsiz xidmət göstərmiş dəyərli alim idi”
“Xoşbəxt Yusifzadə əvəzsiz xidmət göstərmiş dəyərli alim idi”. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu sözləri SOCAR-ın birinci vitse-prezidenti, neftç...