Rəşad Dağlının oğlu: "Atamın bu vəziyyətindən istifadə edənlərə ar olsun!" - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Meyxanaçı Rəşad Dağlının oğlu Yusif Əmirov sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, Yusif şəxsi instaqram hesabında adından pul yığıldığını bildirib. Onun sözlərinə görə, tiktokda "Atama dəstək olun" adlı səhifələr açılıb.
Yusifin atası ilə olan foto və videoları paylaşılaraq insanlardan pul istənilib.
"Əziz izləyicilərim, instaqram səhifəmdən başqa bir səhifəm yoxdur. Atamın bu vəziyyətindən istifadə edənlərə ar olsun. Harada görsəniz, mənim adıma səhifə açılıb, şikayət düyməsinə basın. Çox xahiş edirəm!" - deyə Yusif istifadəçilərə səslənib.
Qeyd edək ki, ötən ilin noyabrında Rəşad Dağlı Qaradağ rayonu Lökbatan qəsəbəsində 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi qətlə yetirib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Rəşad Dağlının həbsxanada ailəsi ilə görüşündə nələr yaşandı? - Qızı ağladı
Noyabrın 10-da 4 ay müddətinə həbs edilən meyxanaçı Rəşad Dağlı (Rəşad Əmirov) ailəsi ilə görüşüb. BAKU.WS-in məlumatına görə, bu barədə meyxanaçının övladı Yu...