Rəşad Dağlının həbsxanada meyxana deyərkən ARXİV VİDEOSU
Yeniliklərdən dərhal xəbərdar olun
Tanınmış meyxana ustası Rəşad Dağlının illər əvvəl cəzaçəkmə müəssisəsində bayram tədbirində iştirak etməsi barədə görüntülər yayılıb.
BAKU.WS xəbər verir ki, Rəşad Dağlı həmkarı Ağamirzə ilə birgə həbsxanada məhkumlar qarşısında meyxana deyərək onların könlünü xoş edib.
Qeyd edək ki, qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu barədə qərar Qaradağ Rayon Məhkəməsinin hakimi Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilib.
R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirməkdə ittiham olunur.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Rəşad Dağlı məhkəmədən nələri xahiş edib? - VİDEO
Tanışını qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (Əmirov) məhkəmədə verdiyi ifadəsinin yeni təfərrüatı məlum olub. Bizim.Media-nın əldə etdiyi...