“Vəkilinə Rəşad Dağlı ilə görüşməyə icazə vermirlər” - VİDEO - YENİLƏNİB - 2

“Vəkilinə Rəşad Dağlı ilə görüşməyə icazə vermirlər” - VİDEO - YENİLƏNİB - 2
Video
Video 3246

“İki gündür Rəşadla əlaqə saxlamağa çalışıram, amma alınmır. Axşam yanına yemək aparmaq istədim, dedilər ki, artıq gətiriblər”.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Qaradağ Rayon Məhkəməsinin qarşısında jurnalistlərə açıqlamasında Rəşad Əmirovun (Dağlı) dostu Ataş Hüseynov deyib.

O bildirib ki, hadisədən bir gün əvvəl məclisdə olub:

“Mən o məclisin görüntülərini də paylaşmışam. Biz bilmirik ki, mübahisə məclisdə yaranıb, ya məclisdən sonra. Əsas bildiyimiz odur ki, vəkili də yanına girə bilmir. Polis İdarəsinin Növbətçi hissəsinin əməkdaşları bildirdilər ki, nə vəkilinin, nə də başqasının Rəşadla görüşməyinə icazə vermirlər. Bu hadisə ilə bağlı Rəşad heç kimə heç nə demədi. Nə qardaşı, nə də mən bilməmişik ki, belə bir hadisə üçün gedir. Bilsəydik, biz qoymazdıq o getsin. Rəşad idmançı olub, əli-qolu güclü olub. Heç vaxt üstündə bıçaq gəzdirməzdi. Bir problem olsa, dalaşardı, mən düşünürəm ki, o özünü müdafiə edib. Amma hər şey yekun araşdırmadan sonra bəlli olacaq”.

***14:57

Qətl törətməkdə şübhəli bilinən meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) yenidən Qaradağ Rayon Prokurorluğuna gətirilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, o, Bakı Narkoloji Mərkəzində müayinədən keçirilib və daha sonra cinayət baş verən yerə aparılıb.

Hazırda istintaq aparılır.

Bu gün onun barəsində həbs qətimkan tədbirinin seçilməsi gözlənilir.

*** 14:22

Qətl törətməkdə şübhəli bilinən meyxanaçı Rəşad Dağlı Bakı Narkoloji Mərkəzində narkotik müayinəsindən keçirilib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, müayinədən sonra meyxanaçı cinayət baş verən yerə aparılıb.

***12:28

Meyxanaçı Rəşad Əmirov (Dağlı) məhkəməyə aparılır.

BAKU.WS xəbər verir ki, bu barədə görüntülər ictimai tv-də yayımlanıb.

Qeyd edək ki, gecə saatlarında 1979-cu il təvəllüdlü Mehtiyev İskəndər Namiq oğlunu qətlə yetirən meyxanaçı 1984-cü il təvəllüdlü Rəşad Əmirova (Dağlı) Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Onun əməli sübuta yetirilərsə, onu doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Həmin videonu təqdim edirik:

Son xəbərlər