Rəqsanə göz yaşı içində müraciət etdi: "Yalvarıram, kömək edin" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın paytaxtı Moskvada koronavirusa yoluxan azərbaycanlıların sayı gündən-günə artır. Rusiya dövləti isə miqrantlara sahib çıxmır.
BAKU.WS xəbər verir ki, müğənni Rəqsanə İsmayılova göz yaşları ilə onlar üçün hər kəsdən kömək istəyib:"Əzizlərim, çarəsiz vəziyyətdə qalmışam. Buradan müraciət edib yardım istəyirəm. Xahiş edirəm, həmvətənlərimizə yardım edin. İnsanlar çox acınacaqlı vəziyyətdədir. Bu insanların halına ürəyim dözmür. Rusiya dövləti miqrantlara sahib çıxmır. Təcili tibbi yardım gəlib, iynə vurub gedir. Xəstəxanaya aparmırlar. Artıq tab gətirə bilmirəm. Nolar, yaxşı oğlanlardan, dövlətimizdən kömək istəyirəm. Xahiş edirəm, dövlətimiz bunu nəzarətə götürsün. Mən hamıya kömək edə bilmirəm, o qədər imkanım yoxdur. Yalvarıram, kömək edin.
Xəstəxanaya yerləşdirməyə kömək edin. Moskvada bizim xəstələrə sahib çıxan yoxdur. Xəstələrimiz çoxdur, Naxçıvandan, Gəncədən, Lənkərandan var. Kömək etmək istəyənlər bizimlə əlaqə saxlasın".
Oxşar xəbərlər
“Şainçik, danış, mənə pul versinlər...” – Şok VİDEO
2016-ci ilədək aprel məğlubiyyət, daha doğrusu itki ayı idi. Ya 1920-ci ilin 28 aprel işğalı ilə, ya da 1993-cü ilin 2 aprelində Kəlbəcəri düşmənə buraxıb çıxma...