Rəqsanə 250 azərbaycanlı ailəni 2 aylıq himayəsinə götürdü - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
İllərdir Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılova Moskvada koronavirus səbəbilə qazanc yerini itirən və çətin şəraitə düşən 250 azərbaycanlı ailənin 2 ay müddətinə qida ehtiyacını öz üzərinə götürüb.BAKU.WS xəbər verir ki, sənətçi hər bir ailəyə bacardığı qayğını göstərəcəyini bildirib:
“Moskvada bütün azərbaycanlılar varlı yaşamır. Bir çoxu gündəlik qazanc əldə edir. Bəziləri də qeyri-rəsmi işləyirlər. İş yerləri bağlandığından indi onlar çətin vəziyyətdədir. Amma narahat olmasınlar. Mən Moskvada onların hər birinə bacı, xala, bibi, ana olacağam. Ehtiyacı olan utanmadan mənə yazsın”.
Müğənni eyni zamanda əgər Moskva şəhərində yaşayan azərbaycanlılardan yemək almağa imkanı olmayanlar varsa, mütləq ona yazmalarını xahiş edib.
Oxşar xəbərlər
“Şainçik, danış, mənə pul versinlər...” – Şok VİDEO
2016-ci ilədək aprel məğlubiyyət, daha doğrusu itki ayı idi. Ya 1920-ci ilin 28 aprel işğalı ilə, ya da 1993-cü ilin 2 aprelində Kəlbəcəri düşmənə buraxıb çıxma...