Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin şirkətinin rəhbərliyinə müvəqqəti təyinat olub - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin şirkətinin rəhbərliyinə müvəqqəti təyinat olub - FOTO
Foto
Sosial 8

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin şirkətinin rəhbərliyinə müvəqqəti təyinat olub Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC-nin (İKT LAB) rəhbərliyinə müvəqqəti təyinat olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Etibar Ağamalıyevə həvalə edilib.

O, indiyə qədər İKT LAB-ın baş mühasibi olub və yeni vəzifəsində "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" (AKTA) İctimai Birliyinin sədr müavini təyin edilmiş Rauf Cabbarovu əvəz edib.

Xatırladaq ki, İKT LAB 2016-cı ildə 100 manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkət əhalinin, dövlət qulluqçularının və dövlət müəssisələrində çalışan işçilərin informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artırılması və elektron idarəçilik üzrə bacarıqlarının inkişaf etdirilməsi ilə məşğuldur.

Oxşar xəbərlər

AQTA: "71 müəssisədə nöqsanlar müəyyən olunub"

AQTA: "71 müəssisədə nöqsanlar müəyyən olunub"

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida sahəsində fəaliyyət göstərən 81 ticarət müəssisəsi və 23 ictimai iaşə müəssisəsində həyata keçirilən mon...

309 Sosial 18:18 13 dekabr 2022

Son xəbərlər