Regionlarda travmatologiya şöbələri ləğv olunub? - TƏBİB-dən AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Bəzi regionlarda səhiyyə müəssisələrində travmatologiya şöbələrinin ləğv edildiyi barədə məlumatlar yayılıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə həkimlər tərəfindən paylaşılıb.
Paylaşımda qeyd edilib ki, Bərdədə, Şəmkirdə, Tovuzda yerləşən mərkəzi xəstəxanalarda travmatologiya şöbələrini ləğv ediblər, Qazaxda, Daşkəsəndə, Gədəbəydə isə əvvəldən də həmin şöbələr olmayıb.
Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən tibb müəssisələrində travmatologiya şöbələri ləğv olunmayıb:
“Sözügedən şöbələr tibb müəssisələrinin strukturunun optimallaşdırılması çərçivəsində cərrahiyyə şöbələrinə birləşdirilib. Profil üzrə zəruri tibb xidməti sözügedən şöbələrdə təmin edilir”.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...