Regionlarda istirahət etmək istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR

Azərbaycan turizmi son illərdə sürətlə inkişaf edərək həm xarici, həm də daxili səfər trendlərinin mərkəzinə çevrilib.
BAKU.WS-in məlumatına görə, xüsusilə pandemiyadan sonrakı dövrdə yerli turistlərin ölkə daxilində səyahət marağı əhəmiyyətli dərəcədə artıb.
Bu artım həm regionlarda yeni istirahət məkanlarının yaranmasına, həm də dövlət və özəl sektor tərəfindən daxili turizmin stimullaşdırılması istiqamətində yeni təşəbbüslərin gündəmə gəlməsinə səbəb olub. Bu baxımdan, artıq təkcə turizm obyektlərinin çoxalması deyil, həm də vətəndaşların səyahət imkanlarını asanlaşdıracaq və daha sərfəli edəcək yeni təşviq mexanizmləri ön plana çıxır.
Maraqlıdır ki, Azərbaycanda daxili turizmin inkişafı üçün hansı yeni təşviq mexanizmləri nəzərdə tutulur? (məsələn, endirim paketləri, regional turizm kartları və s.)
Dövlət Turizm Agentliyinin (DTA) İdarə Heyəti sədrinin müşaviri Kənan Quluzadə mediatur çərçivəsində BAKU.WS-in müxbirinə bildirib ki, bu məsələ müzakirə predmetidir və müxtəlif təşəbbüslər var:

"Qurumlararası əlaqələndirici proseslər bitməyənə qədər konkret təkliflərin adını çəkmək olmur. Əslində vətəndaşlarımızın asudə vaxtının təmin edilməsi bizim də bir borcumuzdur ki, bu, olsun və əlçatan turizm imkanları yaradılsın. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən belə bir proseslər var və vətəndaşlarımız ondan bəhrələnirlər. Daha geniş kütlə ilə bağlı isə təkliflər müzakirə predmetidir ki, bu sahədə də yeniliklər olsun.
Hazırda Azərbaycan turizminin statistikasına baxdıqda yerli və gəlmə turizm demək olar ki, eyni rəqəmlər göstərir və yerli bir az üstündür. Bu da aydın məsələdir ki, son illərdə bizim vətəndaşlarımız daha çox öz regionlarımıza üz tuturlar, istirahət edirlər. Bu da onunla bağlıdır ki, regionlarımızda müvafiq infrastruktur qurulur, otellər açılır, müxtəlif büdcəli kənd evləri istifadəyə verilir. Yəni regionlar inkişaf edir və bu da daxili turizmin inkişafına şərait yaradır. Son zamanlar daxili turizm üçün yeni bir destinasiya formalaşan işğaldan azad edilmiş ərazilərdir ki, ora da vətəndaşlarımız artıq aktiv səfərlər təşkil edirlər".
Orxan Hüseyn
Oxşar xəbərlər
Otellərdə qiymətlər nə üçün bahadır? – RƏSMİ AÇIQLAMA
"Dövlət qurumları bu sahədə tənzimləmə apara bilməz. Bu, bazar iqtisadiyyatı qanunlarıdır və bizim tənzimləmə aprmaq niyyətimiz də yoxdur. Amma biz digər mexani...
