Rayonlarda yaşayanlara kredit niyə yüksək faizlə verilir?

Rayonlarda yaşayanlara kredit niyə yüksək faizlə verilir?
Video
Sosial 134

Bəzi rayonlarda yaşayanlara kredit daha yüksək faizlə verilir. Mərkəzi Bankın məlumatına görə, xarici valyutada regionlara 5,65%-lə 4,3 milyard manat kredit verilib.

BAKU.WS xəbər verir ki, dollarla ən baha kreditlərin verildiyi zonalara Mil-Muğan bölgəsi, Naxçıvan, Lənkəran-Astara, Dağlıq-Şirvan və Quba-Xaçmaz iqtisadi rayonları daxildir. Verilən kreditin faizləri isə əraziyə görə fərqlənir.

Ən çox kredit faizi Mil-Muğan iqtisadi rayonunda, təxminən 16 faizdir. Ekspertlər deyir ki, manatla kredit daha münasib, az risklidir.

Bəs sözügedən rayonlarda yüksək faizlə götürülən dollar kreditlərinin səbəbi nədir? 

Yatırım olaraq vətəndaşların dollara üstünlük verdiyi kimi banklar da yüksək zərurətdə öncəliyi xarici məzənnə kreditlərinə verirlər. Lakin vətəndaş üçün yüksək faizlə götürülən belə kredit çox risklidir.

İqtisadçı Eldəniz Əmirov "Xəzər Xəbər"ə bildirib ki, regionlara yönəlik kredit faizlərinin yüksək olmasında başqa faktorlar da rol oynayır.

Bəs, iqtisadi rayonlar üzrə faiz dərəcələri niyə bu qədər fərqlidir?

Bəzi ekspertlər hesab edir ki, bir iqtisadi rayonda xarici valyuta ilə 5-6, digər rayonlarda isə 15-16 faizlə kredit verilməsi də sual doğurur. Görünür, yüksək faizli kreditlər kənd təsərrüfatı sektoruna verilib. Çünki bu sektorda risklər yüksək olduğu üçün banklar kənd təsərrüfatını kreditləşdirməkdə heç də maraqlı deyillər. 

Oxşar xəbərlər

Son xəbərlər