Rayonlarda quduzluğa qarşı vaksin ehtiyatı varmı? - RƏSMİ AÇIQLAMA

Rayonlarda quduzluğa qarşı vaksin ehtiyatı varmı? - RƏSMİ AÇIQLAMA
Sosial 52

Artıq rayonlarda və kəndlərdə vəhşi heyvanların insanlara hücum halları tez-tez yaşanır. Bunlar arasında Quba, Babək kimi rayonların adlarını çəkmək olar. Vəhşi heyvanlar bu rayonlarda kənd sakinlərinə hücum edərək onlara müxtəlif xəsarətlər yetiriblər. Belə olan halda zərərçəkmiş şəxsə ilkin yardım göstərilərək ona qulduzluğa qarşı vaksin vurulmalıdır. Bəs görəsən buna nə dərəcədə əməl olunur? Rayonlarda vaksin ehtiyatı varmı?

Bu suallara cavab tapmaq üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət etdik.

Qurumdan BAKU.WS-ə bildirilib ki, bütün rayonlar quduzluğa qarşı bu vaksinlərlə tam təmin olunub.

"TƏBİB tərəfindən vətəndaşların tibbi xidmətlərə əlçatanlığının, həmçinin zəruri dərman vasitələri ilə təmin olunması istiqamətində zəruri addımlar atılır. TƏBİB-in tabeliyində fəaliyyət göstərən İnnovasiya və Təchizat Mərkəzi tərəfindən bütün tibb müəssisələri quduzluq əleyhinə kultural inaktivləşdirilmiş quru antirabik vaksinlərlə tam təmin olunub".

TƏBİB-dən o da bildirlib ki, sözügedən vaksinlər dünyada aparıcı vaksin istehsalçılarından olan Hindistan istehsalı "Serum" zavodunun məhsuludur.

Mərkəzin anbarında isə bir illik ehtiyat vaksinlər mövcuddur və tibb müəssisələrinin quduzluq əleyhinə kultural inaktivləşdirilmiş quru antirabik vaksinlərlə təminatı fasiləsiz şəkildə həyata keçirilir.

Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl Qubada ayı təsərrüfat sahibinə hücum edib. Hadisə rayonun Qonaqkənd qəsəbəsində baş verib. 36 yaşlı Azər İskəndərov xırdabuynuzlu heyvanları yaylaqda otararkən ayının hücumuna məruz qalıb. Sürüdə olan çoban itləri təsərrüfat sahibini yırtıcı heyvanın əlindən xilas edə bilib.

Ötən gün isə Naxçıvan Muxtar Respublikası (MR) Babək rayonunun Yuxarı Buzqov kənd sakinləri olan ata və oğul ötən gün ayı hücumuna məruz qalıb.

Onlar xəsarət aldıqları üçün xəstəxanaya yerləşdiriliblər.

Zöhrə Pənah

Son xəbərlər