Rayonlarda güclü külək əsir - FAKTİKİ HAVA
Yeniliklərdən dərhal xəbərdar olun
Respublikanın bir sıra rayonlarında qərb küləyinin güclənməsi müşahidə olunur.
BAKU.WS xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, küləyin maksimal sürəti bəzi bölgələrdə 25-32 m/saniyəyə çatıb:
"Saat 10:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15 m/saniyədir. Yaxın saatlarda isə küləyin maksimal sürəti 18-23, arabir 25-30 m/saniyəyə çatacaq. Güclü küləkli hava şəraitinin daha 2 gün ərzində davam edəcəyi proqnozlaşdırılır. Küləyin maksimal sürəti 32-35, bəzi ərazilərdə isə arabir 38 m/s-yə çatacağı ehtimal olunur. Aprelin 1-i gündüz saatlarından külək tədricən mülayimləşəcək".
Oxşar xəbərlər
Azərbaycanda bu ərazilərə 18 sm qar yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Bu barədə BAKU.WS-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildiril...