Rayonlara avtobusların gediş-gəlişi bərpa olundu

Rayonlara avtobusların gediş-gəlişi bərpa olundu
Sosial 143

Azərbaycanın şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilib.

BAKU.WS xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahı qərar qəbul olunub.

Qərara əsasən, ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilib.

Qeyd edək ki, şəhər və rayonlara avtobusların gediş-gəlişi ötən il martın 29-dan dayandırılmışdı.

Koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 avqust saat 06:00-dək uzadılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər