Rayon və kəndlərdə təcili yardım maşınları çağırışa niyə gec gəlir? - Rəsmi cavab

Rayon və kəndlərdə təcili yardım maşınları çağırışa niyə gec gəlir? - Rəsmi cavab
Sosial 170

Rayon və kəndlərdə təcili yardım maşınlarının ünvana çatma müddəti 15–30 dəqiqə təşkil edir.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq TƏBİB-in mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, çağırışların pik saatlarında isə həm obyektiv, həm də subyektiv səbəblərə görə gecikmələr baş verə bilir:

"Təcili tibbi yardım maşınlarının rayonlarda çağırış ünvanına çatma vaxtı bir sıra amillərdən asılı olaraq dəyişə bilər. Ümumi yanaşmaya əsasən, bu müddət orta hesabla 15–20 dəqiqə təşkil edir. Lakin kənd ərazilərində yol və hava şəraiti, həmçinin məsafənin uzaqlığı nəzərə alınmaqla, bu müddət 30 dəqiqə və ya daha artıq ola bilər. Çağırışların pik saatlarında isə həm obyektiv, həm də subyektiv səbəblərə görə gecikmələr baş verə bilir".

"Gecikmələrin minimuma endirilməsi məqsədilə çağırışlar prioritetliyə görə çeşidlənir və müraciət  çox olan ərazilərə ətraf bölgələrdən əlavə briqadalar cəlb olunur. Bu, mövcud təcili yardım briqadalarından daha səmərəli istifadə edilməsi məqsədilə həyata keçirilir", - deyə məlumatda qeyd olunub.

Banu Hüseynli

Son xəbərlər