İranda koronavirusdan 175 nəfər öldü

İranda koronavirusdan 175 nəfər öldü
Sosial 102

Son sutka ərzində İranda 6 min 421 nəfər koronavirusa yoluxub, 175 nəfər isə həyatını itirib.

BAKU.WS xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında deyib.

O bildirib ki, bununla da İranda virusa yoluxanların ümumi sayı 1 milyon 152 min 72 nəfə, ölənlərin sayı isə 53 min 448-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicəsi davam edən 5 min 591 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda 875 min 943 xəstə sağalaraq evə buraxılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər