Ramiz Rövşən: "Anar getsə, AYB dağılar fikri ilə razı deyiləm"
Yeniliklərdən dərhal xəbərdar olun
Anar getsə, AYB dağılar fikri ilə razı deyiləm, amma Anar getsə, AYB bu AYB ola bilməz, bu, dəqiqdir.
Bunu APA-nın sualına cavab olaraq Xalq şairi Ramiz Rövşən deyib.
Ramiz Rövşən Anarın birləşdirici xarakterinə diqqət çəkib: “Mən bir şeyi dəqiq deyirəm ki, bizdə vəzifədən daha çox vəzifədə şəxs və şəxsiyyət əhəmiyyət daşıyır. Bu, bir reallıqdır və Anardan sonra düşünürəm ki, o postda sədr olmaq istəyən də, ora tamah salan da olmayacaq. Çünki Anar qədər birləşdirici adam tapmaq çox çətindir. Bu birləşdirici xarakter çox böyük şərtdir”.
Xalq şairi yazıçı-oxucu əlaqəsinə də diqqət çəkib.
“Kimisə Yazıçılar Birliyinin sədrliyinə onun oxucuları və oxucu sevgisi gətirə bilər. Anarın yüz minlərlə oxucusunun olması həqiqətdir”, - Xalq şairi qeyd edib.
Oxşar xəbərlər
Çingiz Abdullayev: "Allah məni cəhənnəmə göndərməməlidir"
"Əgər Allahla görüşsəm Ona çox sağ ol deyərəm". BAKU.WS xəbər verir ki, bunu "Report" a müsahibəsində bu gün 63 yaşı tamam olan dünya şöhrətli detektiv yazıçı,...