Ramiz Novruzun qardaşı: "Dedi ki, lazım gəlsə lap əlil arabasında çıxıb oynayacağam"

Ramiz Novruzun qardaşı: Dedi ki, lazım gəlsə lap əlil arabasında çıxıb oynayacağam
Sosial 411

"Bizə haqqını halal etsin. Ondan halallıq istəyirik. Biz onunla daha çox gənc vaxtlarımızda xatirələrimizi paylaşırdıq. Bütün əsərlərində mənim də fikirlərim olub, danışmışıq. O, əsərlərində dramatik konflikt yarada bilirdi. Bu mövzular onun ürəyinə daha yaxın idi".

Bu sözləri BAKU.WS-ə açıqlamasında mərhum Xalq artisti Ramiz Novruzun qardaşı Maqsud Novruzov deyib. O, aktyorun sənətinə çox bağlı insan olduğunu və bütün həyatının teatrdan ibarət olduğunu vurğulayıb:

"Ramiz heç vaxt ölümü yaxın buraxmırdı. O, ölümü sevindirmədi, həmişə özündən uzaq tutdu. Son nəfəsinə qədər dedi ki, "Heç bir şeyim yoxdur". Sənətə o qədər vurğun insan idi ki... Sonuncu tamaşası zamanı söylədi ki, “Lazım gəlsə lap əlil arabasında çıxıb oynayacağam”.

Hətta həkimin təkidlərinə baxmayaraq, işə gedib gəlirdi. O həyatını teatrsız təsəvvür etmirdi.

Mənə vəsiyyət etmədi. O, ölümü qəbul etmirdi ki, vəsiyyət də etsin. Ən çox bacımız oğlunu sevirdi. Balalarına bu qədər vurğun adam çox azdır. Gözəl balaları var və onun yolunu davam etdirəcəklər".

Məlumat üçün bildirək ki, Ramiz Novruz ötən gün gecə mədə xərçəngi xəstəliyindən vəfat edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər