Ramiz Əzizbəyli koronavirusa yoluxub, xəstəxanaya yerləşdirilib

Ramiz Əzizbəyli koronavirusa yoluxub, xəstəxanaya yerləşdirilib
Sosial 227

Azərbaycanın xalq artisti, kino rejissor Ramiz Əzizbəyli koronavirusa (COVID-19) yoluxub.

BAKU.WS "report"a istinadən xəbər verir ki, Xalq artisti Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib.

Xalq artistinin xanımı Zümrüd Əzizbəyli açıqlamasında bildlrib ki, R.Əzizbəyli artıq 5-6 gündür xəstəxanada müalicə alır:

“Güclü soyuqdəyməsi vardı, zəifləmişdi. Böyük qızım da COVID-19-dur, o da atası ilə birgə xəstəxanada yatır. Ramiz elə xəstədir ki, onu tək buraxmaq olmaz.

Həkimlər vəziyyətinin artıq yaxşı olduğunu deyir. Reanimasiyada deyil, palatada müalicə alır”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər