Ramin Məmmədovun qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ
Yeniliklərdən dərhal xəbərdar olun
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov sentyabrın 29-da Cəlilabad, Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.
BAKU.WS xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qəbul saat 11:00-da Cəlilabad rayon Heydər Əliyev Mərkəzində (ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev prospekti, 242 ) keçiriləcəkdir.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq, qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Masallı regional bölməsinə (051) 915 21 10, (025) 215 51 59, chairman@scara.gov.az, dk-masallı@scara.gov.az) müraciət etmələri xahiş olunur.
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...