Ramin Məmmədov: Azərbaycanda dinlərarası harmoniyanın unikal nümunəsi var

Azərbaycanda dinlərarası harmoniyanın unikal nümunəsi mövcuddur.
BAKU.WS report-a istinadən xəbər verir ki bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Almaniyaya səfəri çərçivəsində Bundestaqın Xarici siyasət Komitəsinin sədri Armin Laşetlə görüşdə deyib.
Görüş zamanı tərəflər dinlərarası dialoq, birgəyaşayış ənənəsinin təşviqi ilə bağlı məsələləri müzakirə edib. Azərbaycan və Almaniya arasında bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dini sahəyə qayğı, dini icmalara dövlət tərəfindən göstərilən dəstək və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Sədr Azərbaycanda xristian almanların irsinə göstərilən diqqətin multikulturalizm siyasətini təcəssüm etdirdiyini qeyd edib.
Bundestaqın Xarici siyasət Komitəsinin sədri Armin Laşet Azərbaycana səfərini xatırladaraq, bütün dinlərin nümayəndələrinin Azərbaycanda bir ailə kimi yaşamasının şahidi olduğunu vurğulayıb, alman irsinə qayğını yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. A.Laşet bu faktı Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə əsaslanan birgəyaşayış modelinin ən yaxşı nümunələrindən birini təqdim edən ölkə olduğunun təsdiqi kimi dəyərləndirildiyini deyib.
Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev bildirib ki, Azərbaycan müxtəlif konfessiyaların qarşılıqlı anlaşma şəraitində yaşadığı ölkələrdən biri kimi tanınır.
Qalereya
Oxşar xəbərlər
"ATENA"nın fəaliyyətində rəqabət qanunvericiliyinin pozulması halları araşdırılır
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "ATENA" MMC-nin fəaliyyətində rəqabət qanunvericiliyinin pozulması hallarını araşdır...
