Ramin Cəfərov: "Baku TV" son üç ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tədbirlərində fəal iştirak edir"
""Global Media Group"a daxil olan BaKu TV, son üç ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tədbirlərində fəal iştirak edir və yubiley tədbirlərinin media tərkib hissəsinə öz töhfəsini verir".
BAKU.WS xəbər verir ki, bu sözləri "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" adlı tədbirdə çıxış edən "Baku TV" MMC-nin direktoru Ramin Cəfərov deyib.
O bildirib ki, media sahəsində düzgün, sağlam və ədalətli fəaliyyətin təmin edilməsi ilə bağlı təkliflər redaksiya siyasətində bilavasitə öz əksini tapır.
"Biz bu prosesin media tərəfində yer alırıq.
Konfransın gündəliyində olan mövzular dini müzakirələr, informasiya manipulyasiyaları və dini çağırışları da əhatə edir" - deyə Ramin Cəfərov fikirlərinə əlavə edib.
Qeyd edək ki, tədbir Global Media Group holdinq və Dini Qurumlarla İş Üzrə Dövlət komitəsinin təşkilatçılığı reallaşır.
Oxşar xəbərlər
Gəncədə 40 minə yaxın sakin qazsız qaldı
Gəncədə 35-40 min abonentin qaz təchizatında fasilə yaranıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, fasiləyə səbəb ötən axşam Gəncə-Bakı magistral yolunun...