Ramin Bayramlı xəstəxana rəhbərlərinə tapşırıqlar verib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İdarə Heyətinin sədri Ramin Bayramlı COVID-19 virusuna yoluxmuş şəxslərin müalicəsi üçün ayrılmış xəstəxanalarda aparılan müalicə işi ilə bağlı növbəti onlayn görüş keçirib.
TƏBİB-dən BAKU.WS-ə verilən məlumata görə, görüşdə TƏBİB-in müavifiq struktur bölmə rəhbərləri və əməkdaşları, virusla mübarizə tədbirlərinə cəlb edilmiş xəstəxanaların rəhbərləri iştirak edib.
Çıxış edən İdarə Heyətinin sədri tətbiq edilən müalicə prosesinin effektivliyi, xidmət keyfiyyətinin yaxşılaşdırılması barədə danışaraq bu istiqamətdə tapşırıq və tövsiyələrini verib.
Daha sonra xəstəxana rəhbərlərinin mövcud vəziyyətdə müalicə işinin aparılması ilə bağlı fikirləri dinlənilib.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...